Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-nin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.