Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.