Yazını böyüt
Yazını kiçilt
Martın 28-də ölkədə cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
Bu barədə Hafta.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.