EN

Putindən rezonans doğuran iclas: Oliqarxlardan pul istədi İranla müharibə...

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin oliqarxlarla xüsusi iclas keçirib və onları Ukraynadakı müharibəni maliyyələşdirməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, Putinin bir neçə gün öncə Rusiya Sənayeçi və Sahibkarlar Birliyi qurultayından sonra bir neçə biznesmenlə xüsusi görüş keçirdiyi bildirilir.

Məlumata görə, Putin rus-özbək biznesmen Əlişir Usmanov, Norilsk Nikel, VTB rəhbərləri Vladimir Potanin və Andrey Kostin, “Qazprom Neft“in rəhbəri Aleksandr Dyukov, eləcə də İqtisadi İnkişaf naziri Maksim Reşetnikov və Prezident Administrasiyasının rəhbərinin müavini Maksim Oreşkinlə qurultaydan sonra ayrıca görüşüb.

Mətbuata sızdırılan məlumata görə, Rusiya lideri Donbas üzərində nəzarət tam ələ keçirilənə kimi müharibənin davam edəcəyini söyləyib. O, biznesmenlərin könüllü şəkildə maliyyə yardımı ayırmalı olduğunu vurğulayıb. Putin iş adamlarına neft və qaz gəlirlərini xərcləməmək barədə xəbərdarlıq edib.

“Putin neft xərclərinin artmasına diqqət çəkib və sahibkarları əldə olunan gəlirlərdə yeyinti etməməyə, sui-istifadədən çəkinməyə, dövlətə hesabat təqdimatına xərcləri şişirilmiş göstərməməyə çağırıb”, – “The Bell”in məlumatında bildirilir.

Rusiya Sənayeçi və Sahibkarlar Birliyinin (RSPP) rəhbəri Aleksandr Şoxinin sözlərinə görə, prezident İrana hücumlar səbəbindən Yaxın Şərqdə yaranan böhranın növbəti üç-dörd həftə ərzində həll olunacağına və diqqətin yenidən Ukrayna müharibəsinə yönələnəcəyinə inanır. 

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
globalinfo.az

1Sources