EN

Dünən qəzada ölən şəxs sabiq rəis imiş FOTO

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qazax rayonunda minik avtomobilinin “KamAZ” markalı yük maşınına çırpılması nəticəsində həlak olan şəxs ehtiyatda olan polis zabiti imiş.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticısundə həyatını itirən Məzahir İbrahimxəlilov uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. O, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsinin Qazax Rayon Şöbəsinin rəisi vəzifəsində çalışıb və bir neçə il öncə xidmətdə yaş həddi ilə əlaqədar təqaüdə göndərilibmiş.

Xatırladaq ki, dünən Qazax-Əskipara avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Minik avtomobili hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü – Yuxarı Əskipara kənd sakini, 1971-ci il təvəllüdlü Məzahir İbrahimxəlilov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
4
globalinfo.az

5Sources