EN

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb » AzadMedia.az


Azərbaycanda martın 28-də cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Həmçinin axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Chosen
12
50
azadmedia.az

10Sources