EN

İran ABŞ-nin “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsiniVURDU

Martın 27-də İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan Hərbi Hava Bazasına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində ABŞ-yə məxsus xüsusi kəşfiyyat təyyarəsi də zədələnib.

Redaktor.az xəbər verir ki, bu barədə Amerika və ərəb rəsmiləri məlumat yayıb.

Cümə günü Şahzadə Sultan Hərbi Hava Bazası hücuma məruz qalıb. Nəticədə 12 amerikalı hərbi qulluqçu yaralanıb, bir neçə təyyarə, o cümlədən iki ədəd “GKC-135” yanacaqdoldurma təyyarəsi zədələnib.

Zədələnən təyyarələr arasında real vaxt rejimində döyüş lərdə uzaq məsafədən raketləri, pilotsuz aparatları və təyyarələri izləmək üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə sisteminə malik “E-3 Sentry” də olub.

Bu təyyarə hava əməliyyatlarının koordinasiyasında və yaxınlaşan təhlükələrə qarşı cavab tədbirlərinin idarə olunmasında mühüm rol oynayır. Bu, ABŞ-nin Fars körfəzində baş verənləri izləmək və situasiya məlumatlılığını qorumaq qabiliyyətini zəiflədir.

Qeyd olunub ki, ABŞ hərbçiləri bu tip təyyarələrdən məhdud sayda istifadə edir və onları əvəzləmək çətindir.

Chosen
13
10
redaktor.az

10Sources