EN

Masazırda avtomobildə yanğın baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəAbşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildəyanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verirki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından MühafizəXidmətinin qüvvələri cəlb olunub və yanğınsöndürənlərin çevikmüdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Hyundai” markalı minik avtomobilinin salonvə mühərrik hissəsi, yaxınlıqda dayanmış “BMW” markalı avtomobilinisə arxa hissəsi qismən yanıb. Avtomobillərin qalan hissəsi vəyaxınlıqdakı digər avtomobillər yanğından qorunub.

Chosen
26
23
az.trend.az

10Sources