Roma Papası XIV Leo Monakoya rəsmi səfər edib.
Bu, Papanın knyazlığa son 500 ildə ilk səfəridir.
2 kvadratkilometr ərazisi olan ölkəyə Romadan helikopterlə gələn pontifikin səfəri təxminən 9 saat çəkib.
II Lüdoviq meydanında dini ayin icra edən Papa varlı və kasıblar arasında getdikcə dərinləşən uçurumu pisləyib.
