Bu gün səhər saatlarında İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evi dron hücumuna məruz qalıb.
Â
Bu barədə “Reuters“ mənbələrinə istinadən məlumat yayıb.
Â
İraq hökuməti dron hücumu ilə bağlı araşdırma aparmaq əmri verib. Hücum zamanı hər hansı dağıntı və ya insan tələfatı ilə bağlı heç bir məlumat verilməyib.
Â
Məlumata görə bir digər dron isə Duhokda Peşmərgə döyüşçülərinin bazası yaxınlığında zərərsizləşdirilib.