EN

Azərbaycan yığmasının üzvü nəyə görə sanksiyaya məruz qaldı?

Sportinfo.az xəbər verir ki, Azərbaycan güləşçisi Sabir Cəfərov antidopinq qaydalarını pozduğuna görə sanksiyaya məruz qalıb.

AMADA-danbildirilib ki, idmançının nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerləri aşkar olunub.

Eyni zamanda, sənəddə idmançı tərəfindən qadağan edilən maddədən və ya qadağan edilən üsuldan istifadə cəhdinin olduğu qeyd edilib.

Qərara əsasən, Sabir Cəfərov 48 ay müddətinə diskvalifikasiya olunub. Sanksiyanın icrasına 1 sentyabr 2025-ci il tarixindən başlanılıb və 31 avqust 2029-cu il tarixinədək qüvvədə olacaq.

Sabir

Chosen
28
sportinfo.az

1Sources