EN

ABŞ la İsraildən İrana qarşı böyük PLAN: Rusiya və Türkiyə də daxildir Sensasion

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ərəb dünyasının yüksəlişi illərində İran və İsrail müttəfiq idilər. İranın yüksəlişi illərində ərəblər “dünən müharibə edən” İsraillə müttəfiq oldular. İsrailin yüksəlişinin indiki dövründə təbii olaraq ərəblər və İran arasında ittifaq yaranmalı idi. Hətta din, coğrafiya və Çin buna səbəb ola bilərdi. Nə baş verdi? Bu müharibə səbəbindən ərəblər və İran arasındakı münasibətlər daha da pisləşdi. Hətta indi ərəblərin İranla müharibə ərəfəsində olduğu bir vəziyyətdəyik. Deməli? Düşünürəm ki, ABŞ və İsrail ərəblərə və İrana qarşı ciddi bir oyun oynayırlar. Bura Çin, Rusiya və Türkiyəni də daxil edə bilərsiniz.

Gəlin baxaq:

– Müharibə ərəblər və İran arasında mümkün ittifaqı qeyri-müəyyən vaxtadək təxirə saldı.

– Müharibə ərəblər və İran arasında məzhəb və etnik qarşıdurmanı dərinləşdirdi.

– Müharibə İslam dünyasında tələb olunan “Tövhid (Allahın birliyi) anlayışını” daha da görünməz etdi.

– Təkcə Tövhid anlayışı deyil, həm də etimadın təməli məhv edildi. (Sünni və şiə, ərəb və fars, dövlət və xalq arasında etimadsızlığı)

– ABŞ və İsrail yaratdıqları təsir vasitəsilə İranı məqsədyönlü reaksiyalara məcbur etdilər. Bunlardan biri Hörmüz boğazını bağlatdırmaq üçün edilən hiyləgər cəhd idi. Hörmüzü bağlamaq onsuz da İranın dəniz müharibəsi doktrinasının bir hissəsi idi. ABŞ və İsrail bunu bilmirdilərmi? Başqa sözlə, İran bu hərəkətə məcbur edilmədi; bu hərəkət artıq onların oyun planının bir hissəsi idi; yalnız vaxt təyin olunmuşdu.

Hörmüz boğazını İrana bağlatdırmaqla;

– Onlar İranı daha da şeytanlaşdırdılar,

– Öz legitimliklərini möhkəmləndirdilər,

– Körfəz monarxiyalarının onlardan asılılığını və öhdəliyini daha da artırdılar,

– Dollar-neft-qızıl-qiymətli metallar-birja-kriptovalyuta dalğalanmalarında prosesi idarə edənlər/düzgün mövqe tutmaq üçün gizli məlumat alanlar böyük qazanc əldə etdilər.

– Müharibə yolu ilə onlar Çinin enerji təchizatını, Yaxın Şərqdə əsas oyunçu kimi təşəbbüslərini (məsələn, İran-Səudiyyə yaxınlaşması) və “Bir Kəmər, Bir Yol” təşəbbüsünü boğdular.

– Müharibə yolu ilə onlar ərəb resurslarının İsrail vasitəsilə dünyaya axdığı İsrail mərkəzli bir resurs-dəhliz-ticarət-təhlükəsizlik mərkəzini yaratmağa çalışırlar.

– Müharibə yolu ilə onlar öz təşəbbüsü ilə Çinlə birlikdə Neo-Avrasiyaçılığı (yeni qlobal nizam) həyata keçirən Böyük Britaniyaya təzyiq göstərdilər və onlarla birgə hərəkət etməyə/əməkdaşlığa məcbur etdilər.

– Müharibə yolu ilə onlar Türkiyənin manevr imkanlarını daraltmağı hədəflədilər.

– Müharibə yolu ilə Türkiyəni ya onların tərəfində durmağa, ya da passiv qalmağa məcbur etdilər.

Müharibənin mərkəzində yan təsirlər, yaxud neft böhranı və s. dayanmır. Və müharibə təkcə onun yan təsirləri ilə deyil, həm də arxa plandakı böyük yanğınlar vasitəsilə başa düşülməlidir.

Bu gün ABŞ-İsrail ikilisi təkcə hərbi üstünlük qazanmağa çalışmır, həm də İslam dünyasının qərar qəbuletmə qabiliyyətini məhdudlaşdırırlar. İndi silah istifadə etmədən sistem qurmaq vacibdir. Çünki sistemi kim qurursa, qalib də odur. Dünyanın sistem quran bir zehniyyətə və strategiyaya ehtiyacı var. Bu rolu kim öz üzərinə götürəcək? Niyə də Türkiyə olmasın? Türkiyə geosiyasi mərkəzdir. Məsələ artıq müharibələrdə qalib gəlməkdə deyil, müharibəni yaradan sistemi dağıtmaq və onun yerinə yenisini qurmaqdadır. Əsl qələbə buradadır.

Müəllif: Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzi (BAU SAM) başqanı, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar

Tərcümə etdi: Gülnar Səlimova

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
1
globalinfo.az

2Sources