Mahaçqalada (Rusiya Federasiyası, Dağıstan Respublikası) güclü yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şəhər administrasiyasının "Telegram" kanalında məlumat verilib.
"Təcili xidmətlər gücləndirilmiş iş rejiminə keçiriliblər, nəticələrin aradan qaldırılması işləri aparılır, zərərçəkmiş sakinlərə yardımın göstərilməsi təşkil ediləcək", - deyə məlumatda bildirilib.
Daha əvvəlki məlumatlara görə, Mahaçqalada təxminən 20 fərdi ev su altında qalıb, Dağıstanın 132 yaşayış məntəqəsində elektrik kəsintiləri baş verib. Sinoptiklərin məlumatına görə, martın 29-dək respublikada güclü yağış və küləyin sürətinin 23 m/s-ə qədər artacağı proqnozlaşdırılır.