EN

Rus nümayəndələri Kapitoliyə niyə getdi? ABŞ da narazılıq

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya nümayəndə heyətinin Kapitoliyə səfəri amerikalı qanunvericilər tərəfindən kəskin tənqidə səbəb olub. Maraqlıdır ki, bu “ekskursiyanı” həm demokratlar, həm də respublikaçılar tənqid ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Bildirilir ki, ruslar üçün Kapitoliyə ziyarət respublikaçı konqresmen Anna Paulina Lunanın ofisi tərəfindən təşkil olunub. Demokrat konqresmen Mayk Kviqli vurğulayıb ki, belə bir səfər spiker, Konqres və ümumilikdə demokratiya üçün təhlükə yarada bilər.

“Rəqiblərimizin xarici siyasi agentlərinə heç vaxt Kapitoli təpəsində olmalarına icazə verilməməlidir”, – deyə o bildirib.

Nəşr qeyd edir ki, amerikalı qanunvericilər Rusiya nümayəndə heyəti ilə görüş keçiriblər. Heyətin tərkibində İosif Stalinin köməkçisinin nəvəsi Vyaçeslav Nikonov və Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin bir neçə üzvü olub. Xüsusilə, onlar Kapitolinin Statuar zalında gəziblər.

“Mən bunu son dərəcə problemli hesab edirəm”, – deyə Senatın kəşfiyyat komitəsinin yüksək vəzifəli üzvü olan demokrat senator Mark Uorner bildirib.

Tənqidlər yalnız demokratlardan gəlməyib. Respublikaçı Co Uilson açıq şəkildə bildirib ki, o, bu görüşü Kapitoliyə Üçüncü Reyx nümayəndələrinin səfəri ilə müqayisə edir.

Bildirilir ki, bu səfər ABŞ əməliyyatı zamanı Rusiyanın İranla kəşfiyyat məlumatlarını paylaşdığına dair ittihamlar fonunda baş tutub.

Rus nümayəndələrinin Kapitolini ziyarət etməsinin təfərrüatı barədə məlumat verilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
axar.az

1Sources