Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə oktaqona çıxıb.

Musayev çilili rəqibi İqnasio Bahamondesi üzərində inamlı qələbə qazanıb.

Qeyd edək ki, İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olmuşdu.