EN

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Son günlər bölgədə gərginlik daha da artır, İran tərəfi ABŞ-yə qarşı açıq və sərt mesajlar verir.

Musavat.com xəbər verir ki, SEPAH yaydığı bəyanatda ABŞ və onun müttəfiqlərinə qarşı ciddi təhdidlər səsləndirilib.

Bildirilib ki, ABŞ və “sionist qüvvələr” Tehrandakı elmi müəssisələri, o cümlədən universitetləri hədəfə alıb. Bu səbəbdən SEPAH cavab olaraq regionda yerləşən Amerika universitetlərini potensial hədəf kimi müəyyən etdiyini açıqlayıb.

Qurum bəyan edib ki, İran universitetlərinə qarşı hücumlara cavab olaraq iki universitetin vurulması planlaşdırılır və bu addım “qarşılıq” kimi qiymətləndirilir.

SEPAH eyni zamanda regiondakı Amerika universitetlərində çalışanlara və təhsil alanlara çağırış edərək həmin ərazilərdən ən azı 1 kilometr uzaq durmağı tövsiyə edib.

Bəyanatda ABŞ hökumətinə ultimatum da verilib: Vaşinqtondan tələb olunur ki, 30 mart, Tehran vaxtı ilə saat 12:00-dək İran universitetlərinə hücumları rəsmi şəkildə pisləsin. Əks halda, bu hədəflərə qarşı zərbələrin qaçılmaz olacağı vurğulanır.

Musavat.com

Chosen
40
1
musavat.com

2Sources