EN

Sumqayıtda yarımstansiyanı su basdı: şəhər işıqsız, susuz qalıb – VİDEO 

Sumqayıtda elektrik kəsintisinin səbəbi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, şəhərin 42, 43, 47 və 48-ci məhəllələri, həmçinin 9 və 11-ci mikrorayonlarında səhər saat 07:00-dan etibarən elektrik enerjisinin verilişi dayanıb.

Məlumata görə, ərazidə yerləşən yarımstansiyanı qurunt suları basıb.

Azərişıq ASC tərəfindən sakinlərə bildirilib ki, suyun çəkilməsi üçün xüsusi texnika sabah əraziyə cəlb olunacaq. Su tam boşaldıldıqdan sonra əməkdaşlar tərəfindən bərpa işlərinə başlanılacaq.

Qeyd edək ki, elektrik enerjisinin kəsilməsi şəhərdə nəqliyyatın hərəkətinə də təsirsiz ötüşməyib. Bir sıra ərazilərdə işıqforlar işləmir, bu isə yollarda sıxlıq və çətinliklər yaradıb.

Hazırda sakinlər problemin aradan qaldırılmasını gözləyir.

Sakinlərdən biri işıqla yanaşı, suyun da olmadığını bildirib. İşıq və susuz kombi sisteminin işləməməsi səbəbindən evlərin soyuq olduğunu da qeyd edib.

Chosen
28
nocomment.az

1Sources