EN

Vaşinqtonda “No Kings” şüarı ilə Trampın siyasətinə etiraz aksiyası keçirilib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın siyasətinə etiraz əlaməti olaraq “No Kings” (“Kral yoxdur”) şüarı altında mitinq keçirilib.

Bizimyol.infoxəbər verir ki, aksiya iştirakçıları ABŞ paytaxtının şimal-qərbində, prestijli Kalorama rayonunda yol boyunca düzülüb. Burada bir çox xarici diplomatik nümayəndəliklər yerləşir. Keçən avtomobillərin sürücüləri dəstəyi ifadə etmək üçün siqnal veriblər.

Mitinq iştirakçıları müxtəlif plakatlar qaldırıblar. Plakatlarda belə yazılar yer alır: “Kral yoxdur”, “Trampı dayandırın, demokratiyanı xilas edin”, “Tramp dəli olub”, “ABŞ-ın Miqrasiya və Gömrük Xidmətinə son qoyun”, “Artıq heç kim müharibə istəmir”.

Özünü Ceyms adlandıran aksiya iştirakçılarından biri mətbuata: “Biz administrasiyanın hərəkətlərindən narazıyıq, çünki onlar bizim hüquqlarımızı pozur, miqrantlara qarşı təzyiq göstərir. Biz Konstitusiyaya riayət edilməsini tələb edirik”, - deyə bnildirib. Gənc aksiyaçı Samanta: “Miqrasiya və Gömrük Xidməti Trampın şəxsi ordusuna çevrilib. Bu, həqiqətən dəhşətlidir”, - deyə etirazını ifadə edib.

Polis aksiyaya müdaxilə etməyib.

Verilən məlumata görə, Vaşinqton və şəhərin ətrafında da yaxın saatlarda digər “No Kings” mitinqləri keçiriləcək. Kütləvi informasiya vasitələrinin məlumatına görə, ölkə üzrə bu aksiyalara milyonlarla amerikalı qatıla bilər. 2025-ci ilin oktyabr ayında isə, təşkilatçıların hesablamalarına görə, “No Kings” aksiyalarında ən az 7 milyon insan iştirak etmişdi.

Vaşinqton administrasiyasının nümayəndələri dəfələrlə bildiriblər ki, onların fəaliyyətinə başlamazdan əvvəl ölkəyə təxminən 25 milyon qanunsuz miqrant daxil olub. ABŞ rəsmiləri isə ən geniş miqyaslı deportasiya əməliyyatını həyata keçirməyi planlaşdırdıqlarını vurğulayıblar. Administrasiyanın siyasi rəqibləri isə onu miqrantlara qarşı həddindən artıq sərt olmaqda ittiham edirlər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
icma.az

1Sources