EN

Bakıda bir ay əvvəl kollektorda baş verən qəzanın fəsadları daha da AĞIRLAŞDIVİDEO

Bir ay əvvəl yaranan çökmə indi daha təhlükəli həddə çatıb. Bura Xətai rayonu Şahin Səmədov küçəsi, döngə 1 ünvanıdır.

Xezerxeber.az xəbər verir ki, sözügedən ünvanda kollektor qəzasından sonra fərdi yaşayış evinin həyətində əmələ gələn çuxur son leysanlardan sonra daha da böyüyüb. Çökmənin baş verdiyi evin sahibi artıq təhlükə səbəbindən evi tərk etməyə məcbur olub.

Sakinlər deyirlər ki, ilk çökmə fevralın 28-də baş verib. Həmin vaxtdan bəri müxtəlif qurumlara müraciətlər edilsə də, problemin köklü həlli istiqamətində real addım atılmayıb.

Hazırda təhlükə yalnız çökmənin baş verdiyi evlə məhdudlaşmır. Qonşuluqdakı fərdi yaşayış evləri üçün də riskin artdığı bildirilir. Onların əsas narahatlığı daha böyük çökmənin baş verməsi və bunun daha geniş sahəni əhatə etməsidir.

Problemə biganə yanaşma və hələ də həll edilməməsi səbəbindən aylardır davam edən qeyri-müəyyənlik ailələri ağır vəziyyətdə qoyub. Ərazidə yaşayanlar aidiyyəti qurumlardan təxirəsalınmaz müdaxilə, təhlükənin aradan qaldırılması və kollektor xəttində yaranmış problemin həll olunmasını istəyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

Chosen
12
xezerxeber.az

1Sources