EN

Yağan güclü yağış daha çox hansı avtomobillərə ziyan vura bilər?VİDEO

Bakıda yollarda nasaz vəziyyətdə qalan avtomobillərin sayı artıb. Güclü yağış və küçələrdə yığılan su bir çox sürücünü yolda qoyub, bəzi maşınlar isə hərəkət zamanı birbaşa suyun içində dayanaraq texniki problem yaşayıb.

Xezerxeber.az-ın xəbərinə görə, mütəxəssislər bildirirlər ki, belə hava şəraitində, xüsusilə alçaq avtomobillərlə riskli yollara çıxmaq ciddi fəsadlara səbəb ola bilər. Problem təkcə mühərrikin sönməsi ilə bitmir, sonradan daha ağır və bahalı nasazlıqlar da yarana bilər.

Usta Sahil Ağabəylinin sözlərinə görə, bu cür hallarda zərər bəzən minlərlə manata başa gəlir. Mühərrikə su keçməsi tək bir detalın yox, bütöv sistemin sıradan çıxmasına səbəb ola bilər.

Nəticədə bu sizi 1000-2000 manatdan başlayaraq, 10 min manata qədər maddi itkiyə sala bilər. Risk yalnız daxili yanma mühərrikli avtomobillərlə məhdudlaşmır. Son illər sayı sürətlə artan hibrid, plug-in hybrid və elektromobillər üçün də yağışlı havada su basmış yollarda hərəkət əlavə təhlükə yaradır.

Sürücülərə tövsiyə olunur ki, suya düşmüş avtomobili güclə işə salmağa çalışmasınlar. Dərin sudan keçdikdən sonra maşında qəribə səs, titrəmə və ya xəbərdarlıq işıqları yaranarsa, mütləq texniki baxışa müraciət etsinlər. Əks halda, kiçik görünən problem qısa zamanda böyük xərclərə çevrilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
12
xezerxeber.az

1Sources