AFFA-nın bayrağı altında təşkil edilən U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar təxirə salınıb.


Rekord.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.


Xatırladaq ki, daha öncə U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasının 28-30 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları da qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınmışdı.