EN

ABŞ-nin 2500 dəniz piyadası Yaxın Şərqdə

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 2500 dəniz piyadasını daşıyan “USS Tripoli” desant gəmisinin Yaxın Şərq məsuliyyət zonasına çatdığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu, ABŞ Dəniz Piyadaları Korpusunun bölgəyə göndərilən ilk ekspedisiya bölməsidir.

Qruplaşmanın tərkibinə təkcə canlı qüvvə deyil, həmçinin nəqliyyat və zərbə qırıcıları, desant vasitələri və xüsusi taktik texnikalar da daxildir. Bu addım regionda hərbi hazırlığın artırılması məqsədi daşıyır.

Sara,
NOCOMMENT.az

Chosen
38
39
nocomment.az

10Sources