EN

Ukrayna üçün elə bir mühüm razılaşmaya imza atdım ki... Zelenskidən müjdə

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Volodimir Zelenski Körfəz ölkələrinə səfəri çərçivəsində Ukrayna üçün mühüm razılaşma əldə etdiyini açıqlayıb.

Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, Ukraynanın dizel yanacağı ilə təminatıyla bağlı ən azı bir illik tədarük barədə razılıq əldə olunub.

“Qlobal bazarda mümkün çatışmazlıq və ciddi çağırışlar şəraitində ölkəni dizellə necə təmin etməyin yollarını axtarırdıq. Nəhayət dünən ən azı bir illik dizel tədarükü ilə bağlı razılaşdım. Sonrakı mərhələ isə yerli şirkətlərdən asılı olacaq”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, Ukrayna lideri daha əvvəl ölkədə dizel yanacağı üzrə ciddi çatışmazlıq riski olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu göstərici təxminən 90 faizə çata bilər.

Eyni zamanda, son bir həftə ərzində Ukraynada benzin qiymətlərində də ciddi artım müşahidə olunur. Hazırda istehlakçılar əvvəlki dövrdə daha ucuz qiymətə alınan yanacaqdan istifadə etsələr də, bu ehtiyatlar tədricən bahalaşır. Treyderlər isə zərər etməmək üçün qiymətləri mərhələli şəkildə artırmağa məcbur qalırlar.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
globalinfo.az

1Sources