EN

“Azərişıq”: Sumqayıtda elektrik enerjisinin verilişi bərpa edilir

"Azərişıq" ASC və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Sumqayıtda yarımstansiya və TM ərazilərinin sel sularından təmizlənməsi prossesini davam etdirir.

ASC-dən FED.az-a verilən məlumata görə, bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaradıb. Buna səbəb leysan xarakterli yağışların yağması nəticəsində yağış sularının ətraf ərazilərə və eləcə də elektrik yarımstansiyalarına, paylayıcı qurğulara, transformator məntəqələrinə dolmasıdır.

Qəza halları nəticəsində Sumqayıtda bir neçə küçədə və Corat qəsəbəsində 21-ci məhəllənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

İntensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının ərazilərdən təmizlənməsi "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Buna baxmayaraq, FHN əməkdaşlarının köməkliyi ilə “Azərişıq” ASC yaranan qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir. Ərazilərin elektrik enerjisi ilə təminatı hissə-hissə həyata keçirilir.

Chosen
5
30
fed.az

10Sources