EN

Tropik siklon şəhərləri su və elektrik enerjisiz qoydu

Tropik "Narelle" siklonu Avstraliyanın qərb sahillərinə doğru hərəkət edərək havaya qalın toz buludları qaldırıb və səmanı al-qırmızı rəngə boyayıb.

Publika.az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.

Sinoptiklər siklonu 4–5-ci təhlükə kateqoriyası üzrə qiymətləndirirlər: küləyin sürəti saatda 250 kilometrə çataraq evlərin damlarını uçurur və infrastrukturu dağıdır.

Sahil şəhəri olan Eksmutda su təchizatı tamamilə dayandırılıb. Qonşu Onslou rəsmiləri sakinlərdən kranları yalnız kəskin ehtiyac olduqda açmağı xahiş edirlər. Bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr qeydə alınır, qəza briqadaları təchizatın bərpası üzərində çalışır.

Təbii fəlakət iqtisadiyyatın əsas sahələrinə də zərbə vurub. Dağ-mədən nəhəngləri regiondakı müəssisələrinin fəaliyyətini dayandırıblar. Təxliyə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Chosen
50
publika.az

1Sources