EN

Neçirvan Bərzaninin evi PUA ilə vuruldu

ABŞ-İsrail-İran müharibəsinin 29-cu günündə bölgədə hücumların yayılması ilə bağlı narahatlıqlar artır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İraq Kürdüstan Regional Hökumətinin (İKRH) prezidenti Neçirvan Bərzaninin Duhokdakı evi dronlar tərəfindən hədəfə alınıb.

Neçirvan Bərzaninin evinə edilən hücumdan sonra ərazidə partlayış səsləri eşidilib və Kürdüstan Regional Hökuməti (KRH) yüksək hazırlıq vəziyyətinə gətirilib.

İraq Baş naziri Məhəmməd Şiə əl-Sudani hücumu pisləyib. Neçirvan Bərzani ilə telefon danışığından sonra Sudani hadisəni araşdırmaq üçün birgə təhlükəsizlik və texniki qrupun yaradılması barədə göstəriş verib. İraq Baş naziri bildirib ki, "Hökumət heç bir qanunsuz regional və ya beynəlxalq tərəfin İraqı regional münaqişələrə sürükləməsinə icazə verməməkdə qərarlıdır".

Chosen
32
unikal.az

1Sources