EN

Lənkəranda "Prius" "Opel"lə toqquşdu - Xəsarət alanlar var

Lənkəran rayonunda xəsarətlə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Şağlaküçə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Toyota Prius" və "Opel" markalı maşınlar toqquşub. 

Hadisə nəticəsində 5 nəfər Lənkəran rayonunun Xarxatan kənd sakinləri 1997-ci il təvəllüdlü Mirşamil Namiq oğlu Hüseynzadə, 1997-ci il təvəllüdlü Mirabidin Asəf oğlu Məmmədzadə, Şovu kənd sakinləri 2005-ci il təvəllüdlü Aydan Eldar qızı Alxaslı, 2004-cü il təvəllüdlü Elgin Cavad oğlu Məmmədli və Rvo kənd sakini 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Chosen
8
10
unikal.az

10Sources