EN

PFL açıqladı - Bölgə klubu ev oyununu bu stadionda keçirəcək

Son günlərdə bölgədə davam edən əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.

Apasport.az xəbər verir ki, bununla əlaqədar olaraq II Liqanın 20-ci turu çərçivəsində 29 mart tarixində keçiriləcək “Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirilib.

Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib. Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.

Millimizdən tarixi nəticə - YENİLƏNİB

Azərbaycan – Sent Lüsiya matçının vaxtında dəyişiklik edildi

Portqaliya millisinin baş məşqçisi: “İstədiyimiz nəticəni qazandıq”

Yığmamız Portuqaliyaya böyük hesabla uduzdu - YENİLƏNİB

Millimizdən qolsuz sülh

Chosen
19
5
apasport.az

6Sources