EN

Belarus Azərbaycan iqtisadiyyatına investisiyaları artırıb

Bakı. Trend:

2025-ci ildə Belarusun Azərbaycana birbaşa investisiyalarınınhəcmi 7,922 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadənverdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 5,618milyon dollar və ya 3,4 dəfə artıb.

Məlumatlara əsasən, hesabat ilində Belarusdan Azərbaycanayatırılan investisiyaların ümumi birbaşa xarici investisiyalardakıpayı 0,1% olub.

2024-cü ildə Belarusdan Azərbaycana birbaşa investisiyalarınümumi həcmi 2,304 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu,2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azdır.

Eyni zamanda, hesabat dövründə Azərbaycanın xarici iqtisadiyyatayönəltdiyi birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞdolları olub ki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollarvə ya 43,4% çoxdur.

Məqalədə:
Chosen
20
1
az.trend.az

2Sources