EN

Yumurtanı belə bişirəndə bütün vitamini ölür

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yumurtanın bişirilmə qaydası onun faydasını tamamilə yox edə və ya maksimuma çatdıra bilər. Yüksək temperaturda və uzun müddət bişirilən yumurta bütün vitamin dəyərini itirir.Xüsusilə tavada çox qızardılan və ya həddindən artıq qaynadılan yumurtalarda protein quruluşu pozulur. Yumurtanın sarısının ətrafında yaranan boz-yaşıl halqa onun həddindən artıq bişdiyinin və tərkibindəki faydalı yağların məhv olduğunun əsas göstəricisidir. Bu hal həm də orqanizmin həmin qidadan alacağı B vitaminlərinin səviyyəsini minimuma endirir. Məhz buna görə də illərdir tətbiq edilən bəzi bişirmə vərdişləri əslində qidanı faydasız hala gətirir.Ən sağlam üsul kimi yumurtanın rafadan və ya "qaysı" qatılığında qaynadılması tövsiyə olunur. Bu üsulla həm protein keyfiyyəti qorunur, həm də vitamin itkisi az olur. Tavada bişirərkən isə aşağı və ya orta odda, qapağı bağlı şəkildə hazırlamaq besin dəyərini qorumağa kömək edir.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
demokrat.az

1Sources