EN

Röya Tiflisdə konsertinin təxirə salınmasınlına niyə sevinib?

Xalq artisti Röya Ayxan Gürcüstanda keçirilməsi planlaşdırılan konsertinin təxirə salınmasına münasibət bildirib.

Musavat.com bildirir ki, martın 21-də Tiflis şəhərində baş tutmalı olan konsertin başqa tarixə keçirilməsi ilə bağlı danışan müğənni bu qərarı müsbət qarşıladığını gizlətməyib.

Sənətçi açıqlamasında bildirib: “Gürcüstandakı olayı( gürcü patriarxın vəfatını nəzərdə tutur-red) hər kəs bilir. Əslində belə şeylərə sevinməzlər. Amma düşündüm ki, nə yaxşı ki konsert mayın 25-nə keçirildi. Çünki məşqlər gecə saat 12-dən sonra başlayır. Bakıdan Gürcüstana uçub orada konsert verib, sonra yenidən Bakıya dönüb məşqlərə davam etmək və yenidən konsert vermək məni çox yoracaqdı. Tamaşaçılar da bu yorğunluğumu hiss edə bilərdilər. Həm də mayın 25-i artıq yay mövsümünə təsadüf edir, hər kəs üçün konsertə gəlmək daha rahat olacaq. Ona görə buna çox sevindim”.

Xalidə Gəray
Musavat.com

Chosen
16
musavat.com

1Sources