EN

Pezeşkiandan region ölkələrinə növbəti təhdid

İran prezidenti Məsud Pezeşkian region ölkələrinə sərt xəbərdarlıq edib.

Pezeşkian “X” hesabında bu barədə qeyd edib: “Biz dəfələrlə demişik ki, İran qabaqlayıcı hücumlar həyata keçirmir. Ancaq infrastrukturumuza və ya iqtisadi mərkəzlərimizə zərbə endirilərsə, çox sərt cavab verəcəyik. Region ölkələrinə müraciət edirik – əgər inkişaf və təhlükəsizlik istəyirsinizsə, düşmənlərimizin sizin ərazilərinizdən müharibə aparmasına imkan verməyin”.

Məsud Pezeşkian bu açıqlaması ilə hansı mesajı verməyə çalışır? Region ölkələri bu xəbərdarlığı necə qiymətləndirməlidir?

Picture

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, Pezeşkian çox mürəkkəb vəziyyətdir:

“Onun səlahiyyət sahibi olmadığı müharibədə özünü tam çılpaqlığı ilə göstərdi. O bir tərəfdən Körfəz ölkələrindən raket zərbələrinə görə üzr istədi, bundan bir neçə saat sonra SEPAH həmin ölkələri raket və dron atəşinə tutdu. İndi isə Məsud Pezeşkian SEPAH generallarının ritorikası ilə danışmağa başlayıb. Pezeşkian “infrastrukturumuza və ya iqtisadi mərkəzlərimizə zərbə endirilərsə, çox sərt cavab verəcəyik. Region ölkələrinə müraciət edirik – əgər inkişaf və təhlükəsizlik istəyirsinizsə, düşmənlərimizin sizin ərazilərinizdən müharibə aparmasına imkan verməyin” cümləsiylə bölgə ölkələrinə zərbələrin davam etdiriləcəyinə işarə edib. Körfəz ölkələri belə vəziyyətdə İrana qarşı hansısa addımlar atmaq məcburiyyətində qalacaqlar. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İrana qarşı hərbi əməliyyata qoşulmaq barədə düşünürlər”.


Picture

Politoloq vurğulayıb ki, əslində Pezeşkian SEPAH generallarından fərqli olaraq müharibənin ölkə iqtisadiyyatı üçün fəlakətli nəticələr gətirdiyini anlayır:

“SEPAH genaralları ABŞ və İsraillə müharibənin davam etdirilməsini istəyərkən, Məsud Pezeşkian müharibənin dayandırılmasında maraqlıdır. Çünki müharibədən sonra ölkə iqtisadiyyatının bərpasına və sosial problemlərin həllinə görə prezident məsuliyyət daşıyacaq, SEPAH gerenalları yaxalarını kənara çəkəcəklər. Heç bir dövlət, hətta Tehranın strateji tərəfdaşları İran iqtisadiyyatının bərpasında iştirak etməyəcəklər. Məsələn, Pekin bir neçə ilə əvvəl Tehranla böyük iqtisadi saziş imzalamışdı. Həmin sazişə görə Çin 25 il ərzində Çin iqtisadiyyatına 400 milyard dollar yatırım həyata keçirilməli idi. Müharibə buna əngəl oldu. Çin müharibədən sonra da İrana yatırım qoymağa risk etməyəcək. Çünki yeni müharibədənə kimsə sığortalanmayıb. İranın Rusiya və Çindən aldığı hərbi texnika işə yaramadı. ABŞ və İsrail hamısını dağıtdı”.

Elxan Şahinoğlu sonda vurğulayıb ki, müharibədən sonra İranı başqa çətinlik də gözləyir: “SEPAH generallarının əmrləri ilə Körfəz ölkələrinə zərbələrə məruz qaldıqlarından müharibədən sonra İranın bu ölkələrlə münasibətində gərginlik azalmayacaq”.

Xalidə Gəray
Musavat.com

Chosen
15
1
musavat.com

10Sources