EN

Xaçmaz rayonunun Cığatay kəndində köməksiz vəziyyətdə qalan 22 nəfər təxliyə edilib

BAKI, TurkicWorld

Xaçmaz rayonunun Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolub, insanlar köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) TurkicWorld-ə bildirilib ki, dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Chosen
25
5
turkic.world

5Sources