EN

Azərbaycanın sənaye müəssisələrinin kərə yağı ehtiyatı 3 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 min 882,9 ton kərə yağı istehsal edilib.

"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 % azdır.

Martın 1-nə sənaye müəssisələrinin anbarlarında 67,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.

Chosen
2
3
far.az

4Sources