EN

ABŞ, İsrail və İran arasında müharibə nə vaxt bitəcək?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Müharibənin gec və ya tez bir zamanda başa çatması savaşın və danışıqlar prosesinin gedişatından asılı olacaq”.

Bunu politoloq Oqtay Qasımov “Cebheinfo.az”-ın ABŞ-İsrail və İran arasında müharibənin nə zaman bitəcəyi ilə bağlı suala cavab verərkən bildirib.

O qeyd edib ki, ABŞ İranda yalnız xüsusi əməliyyatlar həyata keçirə bilər.

“ABŞ-nin İrana qoşun yeritməsi və bu ölkədə quru əməliyyatları keçirməsi ehtimalı ilə bağlı müzakirələr aparılsa da, heab edirəm ki, bu, genişmiqyaslı əməliyyat olmayacaq. Bu, sadəcə olaraq, xüsusi əməliyyat xarakteri daşıyacaq, yəni İran ərazisində, xüsusilə Hörmüz boğazı və Xarq adası ətrafında strateji məntəqələrin və nöqtələrin nəzarətə götürülməsi istiqamətində addımlar atıla bilər.

O ki qaldı Yaxın Şərqdəki müharibənin nə zaman bitməsinə, bu barədə indidən proqnoz vermək çətindir. Bu müharibə başlayandan bir neçə gün sonra Prezident Donald Tramp bəyan edib ki, müharibə 4 və ya 5 həftə davam edəcək. Amma 4 həftə keçib və müharibə hələ də davam edir. Qeyd edim ki, hazırda ABŞ ilə İran arasında müəyyən danışıqlar aparılır. Doğrudur, hər iki tərəf bu kimi məlumatları təkzib edirlər, amma tərəflər arasında müəyyən müzakirələrin aparılması realdır.

Bunu Pakistan da təsdiqləyib. Müharibənin gec və ya tez bir zamanda başa çatması savaşın və danışıqlar prosesinin gedişatından asılı olacaq. Danışıqlarda tərəflərin ortaq razılaşmaya gəlməsi savaşın gedişatını dəyişə bilər. Hazırkı reallıq onu göstərir ki, tərəflərin mövqeyi bir-birindən ciddi şəkildə fərqlənir. Belə qənaətdəyəm ki, əgər ABŞ və İran tərəfi mühüm razılığa gəlsələr, aprel ayında bu müharibə yekunlaşa bilər”.

Onun sözlərinə görə, Yaxın Şərqdəki müharibə müəyyən nəticələrə gətirib çıxarıb:

“Artıq Körfəz ölkələri öz gələcək təhlükəsizliklərini düşünməyə başlayıblar. İranın daxilində proseslərin bundan sonra hansı istiqamətdə gedəcəyi ilə bağlı fikir mübadilələri aparılır. Bildirim ki, region və dünyanın bu müharibəyə qədər olduğu vəziyyətdən daha fərqli vəziyyətlə üzləşəcəklər”.

Yunis Abdullayev 

“Cebheinfo.az”

Açar sözlər:

müharibə Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
cebheinfo.az

2Sources