EN

Stresi azaldan qidalar açıqlandı

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gündəlik həyatın ayrılmaz hissəsi olan streslə mübarizədə düzgün seçilmiş qidalar bədənin adaptasiya qabiliyyətini artırır. Dietoloq və qastroenteroloq Nuriya Dianova bildirir ki, balanslı rasion sinir sisteminin dayanıqlığını təmin edən əsas amildir.Həkimin sözlərinə görə, zülallar əhval-ruhiyyəyə təsir edən neyrotransmitterlərin istehsalı üçün baza rolunu oynayır. Balıq, quş əti, yumurta, paxlalılar və qoz-fındıq bu baxımdan ən faydalı mənbələr hesab olunur."Mürəkkəb karbohidratlar qanda şəkərin səviyyəsini sabit saxlayaraq kortizol ifrazını azaldır. Taxıl məhsulları, kinoa, kartof və tərəvəzlər həzm prosesini ləngidərək insanın özünü daha gümrah hiss etməsinə şərait yaradır. Omeqa-3 yağ turşuları isə beyin sağlamlığını qorumaqla yanaşı iltihabəleyhinə təsir göstərir. Yağlı balıq, kətan toxumu və çia toxumları təşviş hissinin azalmasında mühüm rol oynayır.Sinir sisteminin normal fəaliyyəti üçün B qrupu vitaminləri, maqnezium və sink xüsusi əhəmiyyət kəsb edir. Bu elementlər yorğunluqla mübarizə aparır və əzələ gərginliyini aradan qaldırır".Ekspert qeyd edir ki, bitki mənşəli qəlyanaltılar həm şirniyyat ehtiyacını ödəyir, həm də orqanizmi lazımi mikroelementlərlə təmin edir. Şəkərsiz fıstıq pastası, quru meyvələr və qoz-fındıq qarışığı emosional gərginliyi azaltmaq üçün ideal seçimdir. Belə faydalı qəlyanaltılar axşam saatlarında həddindən artıq yemək istəyinin də qarşısını alır.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
demokrat.az

1Sources