EN

Qorxuducu trend Ölüləri dirildirlər

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Sosial mediada mərhum sənət adamları ilə bağlı yaradılan trend narahatlığa səbəb olub. 

Axşam.az xəbər verir ki, bəzi səhifələr süni intellektdən istifadə edərək mərhumun şəkillərini ödəniş müqabilində "canlandıran" videolar yaradırlar. Bəziləri bunu texnoloji irəliləyiş kimi qəbul etsə də, digərləri bu cür məzmunu qeyri-etik və mərhumun xatirəsinə hörmətsizlik hesab edirlər.

Lakin məsələ etikadan kənara çıxır: bu cür nəşrlər dini və psixoloji baxımdan ciddi müzakirələrə səbəb olur. Bu cür məzmunun yaradılması nə dərəcədə məqbuldur və insanların psixikasına necə təsir edir?

"Baku TV" Bakı sakinləri arasında onların fikirlərini öyrənmək üçün sorğu keçirib. Sakinlərin əksəriyyəti bunların xoşagəlməz hal olduğunu deyib. Hətta bir çoxu bu cür videoların mərhumun ailəsi tərəfindən etiraz edilməsini tələb edib. 

Qeyd edək ki, mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal bu yaxınlarda xanımının bu cür videosunun düzəldilməsinə etiraz etmişdi. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
axsam.az

1Sources