EN

Hakan Fidan: Pakistanla Türkiyə İranla ABŞ arasında vasitəçilik edir

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İndi danışıqlarda bir mərhələyə gəlindiyi və irəliləyişin olduğu görünür. Ən azından danışıqlar başlayıb”. 

Ölkə.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Nazir Fidan bildirib ki,  danışıqlar  Pakistan vasitəsi ilə həyata keçirilir: “Pakistan vasitəsilə bir mesaj çatdırılır. Amerikalılar bunu bizimlə əlaqələndirirlər, biz danışırıq. Biz həmçinin iranlıları da bu barədə məlumatlandırırıq".

Pakistanın danışıqlarda mərkəzi rol oynadığını vurğulayan Fidan əlavə edib ki, Misir, Avropa və regional həmkarları ilə də tez-tez danışıqlar aparırıq.

Onun sözlərinə görə, İrandakı dağıntılar  vasitəçilərin işini çətinləşdirir, amma ümid edirik ki, ümidimizi itirmədən işləməyə davam edəcəyik.

"Hər iki tərəfə mesajım budur ki, bu açıq mövqeləri çox ciddiyə almayın, amma hər iki tərəfdə real niyyət varsa, onları mütləq bir yerə toplaya bilərsiniz. Beləliklə, burada vacib olan danışıqların davam etməsi, tərəflərin danışıqlardan geri çəkilməməsi, səmimi olması və bir-birlərinə etibar etmələridir", - Hakan Fidan  qeyd edib.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
olke.az

2Sources