EN

DİN əməkdaşları operativ tədbirlər görür FOTOLAR

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür.

DİN-in mətbuat xidmətindən Globalinfo.az–a verilən məlumata görə, bir sutka ərzində “102” Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlardan 475-i Dövlət Yol Polisinə, 214-ü ərazi polis orqanlarının Post-Patrul və Çevik Polis Alayının əməkdaşlarına, 74-ü isə digər xidmət sahələrinə ötürülərək vətəndaşlara zəruri köməklik göstərilməsi təmin olunub.

Hazırda ölkə ərazisində Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunan xidmət gücləndirilmiş rejimdə davam etdirilir. Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində koordinasiyalı fəaliyyətin icrası diqqətdə saxlanılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
44
globalinfo.az

10Sources