İran Silahlı Qüvvələrinin Hatəmül-Ənbiya Mərkəzi Qərargahı, Omanda yerləşən Port of Salalah limanından uzaq məsafədə ABŞ-yə məxsus bir gəmini hədəf aldıqlarını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Hatəmül-Ənbiya Mərkəzi Qərargahı ABŞ qüvvələrinə qarşı həyata keçirilən hücumlarla bağlı bəyanat yayıb.
Qeyd olunub ki, Omanda yerləşən Salalah limanından uzaq məsafədə ABŞ-yə məxsus bir gəmi hədəfə alınıb.
Bildirişdə həmçinin İranın Omanın milli suverenliyinə hörmətlə yanaşdığı vurğulanıb.