EN

Rubio: ABŞ İran münaqişəsi 2 4 həftə davam edəcək, danışıqlar yaxınlaşır

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ ilə İran arasındakı münaqişə hələ 2–4 həftə davam edə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Fransada keçirilən Böyük Yeddilik (G7) ölkələrinin xarici işlər nazirlərinin toplantısında bildirib.

Rubio həmçinin ABŞ-ın İrandan ciddi danışıqlara başlamağa yaxın olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ABŞ ilə Tehran arasında birbaşa deyil, vasitəçilər vasitəsilə əlaqə saxlanılır.

Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hədəflər arasında Tehran da daxil olmaqla İranda ən böyük şəhərlər olub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (KİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) açıqlamasına görə, genişmiqyaslı cavab əməliyyatı çərçivəsində İsrail hücuma məruz qalıb. ABŞ obyektləri isə Bəhreyn, İordaniya, Qatar, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında zərbələr alıb.

11 mart tarixində İran Silahlı Qüvvələrinin mərkəzi qərargahı “Xatəm əl-Ənbiya” nümayəndəsi bildirib ki, İran Hörmüz Boğazı vasitəsilə ABŞ və müttəfiqlərinin neft yüklərinin daşınmasına icazə verməyəcək. Qeyd edək ki, bu boğaz dünya neft ixracının təxminən beşdə birinin keçid yeridir.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
bizimyol.info

1Sources