EN

Təhlükəsizlik orqanları dövlətimizin suverenliyini və milli maraqlarını qətiyyətlə qoruyur – Deputat

Bakı. Trend:

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) yaradılmasının107-ci ildönümünü qeyd edir. Bu əlamətdar tarix 1919-cu il martın28-də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövləttəhlükəsizliyinin təmin edilməsi məqsədilə “Kəşfiyyat vəəks-kəşfiyyat bölməsi”nin təsis olunması ilə başlanır.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.

Deputat bildirib ki, həmin dövrdə hərbi nazir Səməd bəyMehmandarovun əmri ilə yaradılan bu struktur milli təhlükəsizliksisteminin əsasını qoydu və gənc respublikanın maraqlarınınqorunmasında mühüm rol oynadı.

A.Həsənova vurğulayıb ki, təhlükəsizlik hər bir dövlətinmövcudluğunun və davamlı inkişafının başlıca təminatıdır:

“Güclü və dayanıqlı təhlükəsizlik sistemi olmadan iqtisaditərəqqi, ictimai sabitlik və vətəndaş rifahı mümkün deyil.Azərbaycan bu gün dünyanın sabit və təhlükəsiz ölkələrindən birikimi tanınırsa, bu, təhlükəsizlik orqanlarının peşəkar vəprinsipial fəaliyyəti ilə birbaşa bağlıdır”.

Deputat qeyd edib ki, təhlükəsizlik qurumları ötən bir əsrdənartıq dövrdə müxtəlif mərhələlərdən keçib:

"Sovet hakimiyyəti illərində bu orqanlar fərqli adlar vəstrukturlar altında fəaliyyət göstərsə də, milli maraqlarınqorunması baxımından arzuolunan səviyyədə müstəqil fəaliyyətimkanlarına malik olmayıb. Xüsusilə milli kadrların rəhbərvəzifələrə irəli çəkilməsi uzun müddət məhdudlaşdırılıb.

Bu sahədə əsas dönüş isə Ümummilli Lider Heydər Əliyevin 1967-ciildə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin olunmasındansonra baş verib. Onun təşəbbüsü ilə təhlükəsizlik orqanlarındamilliləşdirmə siyasəti həyata keçirilib, peşəkar və vətənpərvərkadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Ümummilli LiderHeydər Əliyevin təhlükəsizlik sistemində formalaşdırdığı peşəkarlıqənənələri sonrakı illərdə müstəqil Azərbaycanın sabitliyinin təminolunmasında mühüm rol oynayıb”.

A.Həsənova qeyd edib ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpaedildikdən sonra təhlükəsizlik sistemi yeni çağırışlara uyğunşəkildə yenidən quruldu:

“Məhz Ulu Öndər Heydər Əliyevin 1997-ci il 23 mart tarixlifərmanı ilə hər il 28 mart təhlükəsizlik orqanları əməkdaşlarınınpeşə bayramı kimi qeyd olunur. Bu qərar dövlətin təhlükəsizlikəməkdaşlarının əməyinə verdiyi yüksək dəyərin göstəricisidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdətəhlükəsizlik sahəsində kompleks islahatlar həyata keçirilib.2015-ci ildə aparılan struktur dəyişiklikləri nəticəsində xüsusixidmət orqanlarının fəaliyyəti daha çevik və səmərəli formadatəşkil olunub, müasir dövrün risk və təhdidlərinə adekvat cavabvermək imkanları genişləndirilib. Maddi-texniki baza gücləndirilib,yeni inzibati binalar tikilib, sosial təminat və kadr hazırlığıistiqamətində mühüm addımlar atılıb”.

A.Həsənova vurğulayıb ki, ötən illər ərzində təhlükəsizlikorqanları terrorçuluğa, casusluğa, dini ekstremizmə, transmillimütəşəkkil cinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşımübarizədə ciddi nailiyyətlər əldə edib:

“Eyni zamanda kibertəhlükəsizlik sahəsində qabaqlayıcı tədbirlərgörülüb, informasiya təhlükəsizliyinin qorunması istiqamətindəmühüm əməliyyatlar həyata keçirilib. Azərbaycanın antiterrorkoalisiyalarında fəal iştirakı da ölkəmizin beynəlxalqtəhlükəsizlik sisteminə töhfəsinin bariz nümunəsidir”.

Deputat xüsusi olaraq vurğulayıb ki, Dövlət TəhlükəsizlikXidmətinin əməkdaşları həm Birinci Qarabağ müharibəsində, həm də 44günlük Vətən müharibəsində böyük şücaət göstərərək torpaqlarımızınmüdafiəsi və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarındankeçiblər:

“Onların qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq. Bugün təhlükəsizlik orqanlarının şəxsi heyəti müasir çağırışlarauyğun fəaliyyət göstərərək dövlətimizin suverenliyini, konstitusiyaquruluşunu və milli maraqlarını qətiyyətlə qoruyur. Ölkəmizəyönələn bütün təhdidlərin qarşısı bundan sonra da qətiyyətləalınacaq, Azərbaycanda davamlı sabitlik və əmin-amanlıq təminediləcək”.

A.Həsənova təhlükəsizlik orqanlarının əməkdaşlarını 107-ciildönümü və peşə bayramı münasibətilə təbrik edərək onlara çətin vəşərəfli xidmətlərində yeni uğurlar arzulayıb.

Chosen
8
1
az.trend.az

2Sources