EN

Bakıya aylıq normadan 4 dəfə çox yağış yağıb

Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır.

Xınalıqda düşən qarın miqdarı 39 mm (aylıq normanın 104%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 10 sm, Şahdağda 35 (aylıq normanın 93%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 49 sm, Qrızda 60 (aylıq normanın 146%-i), qar örtüyünün hündürlüyü 17 sm, Kəlbəcərdə 7, Laçında 5, Qubadlı, Şuşada 1 sm-dir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 %-idir (təxminən 4 dəfədən çox).

Kürdəmirdə 69 (aylıq normanın 201%-i), Qusarda 68 (aylıq normanın 181%-i), Xızıda 67 (aylıq normanın 149%-i), Xaçmazda 61 (aylıq normanın 251%-i), Xaltanda 60 (aylıq normanın 160%-i), Qobustanda 56 (aylıq normanın 77%-i), Şamaxıda 52 (aylıq normanın 71%-i), Qubada 52 (aylıq normanın 138%-i), Şəkidə 47 (aylıq normanın 74%-i), Şabranda 44 (aylıq normanın 190%-i), Oğuzda 39 (aylıq normanın 47%-i), Qəbələdə 38 (aylıq normanın 42%-i), Bərdədə 29 (aylıq normanın 109%-i), Tərtərdə 29 (aylıq normanın 109%-i), İsmayıllıda 26, Göyçayda 25 (aylıq normanın 56%-i), Ağsuda 23, Yevlaxda 22 (aylıq normanın 91%-i), Naftalanda 22 (aylıq normanın 115%-i), Qaxda (Sarıbaş) 22, Mingəçevirdə 21 (aylıq normanın 72%-i), Daşkəsəndə 20, Ağdamda 19 (aylıq normanın 54%-i), Zərdabda 19 (aylıq normanın 66%-i), Gədəbəydə 18, Sabirabadda 17 (aylıq normanın 56%-i), Goranboyda 16 (aylıq normanın 83%-i), Şəmkirdə 15 (aylıq normanın 54%-i), Neftçalada 14 (aylıq normanın 48%-i), Zaqatalada 13, İmişlidə 12 (aylıq normanın 40%-i), Balakəndə 12, Şahbuzda 11, Tovuz, Sədərək, Şərur, Biləsuvarda 9, Astarada 8, Gəncə, Beyləqanda 7, Ordubad, Naxçıvanda 6, Göygöldə 5, Ağstafa, Culfa, Lerikdə 3, Yardımlıda 2, Lənkəran, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsən, Şahdağ, Qubada (Qrız) 20, Şabran, Bakıda və Abşeron yarımadasında 18 m/s-yə çatıb.

AzPost.az

Chosen
10
49
azpost.info

10Sources