EN

Şabranın mərkəzindən keçən çayda sel təhlükəsi yaranıb, yaşayış evlərini su basıb - FOTO - VİDEO

İntensiv yağıntılar nəticəsində Şabran rayonu ərazisindən keçən Dəvəçi çayında sel təhlükəsi yaranıb.

APA-nın Şimal bölgəsi üzrə müxbiri xəbər verir ki, güclü yağışlar çay boyu yerləşən bir neçə yaşayış məntəqəsində və kəndlərdə ciddi fəsadlara yol açıb. Sel sularının səviyyəsinin kəskin artması nəticəsində Şabranın rayon mərkəzindən keçən hissəsində də bəzi fərdi yaşayış evlərini su basıb.

Məlumata görə, hazırda bölgədə qeyri-sabit hava şəraiti hökm sürür və intensiv yağıntılar davam edir. Bu da sel riskini daha da artırır və fəsadların miqyasını genişləndirir.

Hazırda aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, yaranmış vəziyyətin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər aparılır.

Xanım Məmmədova

Şabranın Şabranın Şabranın Şabranın
Chosen
1
17
apa.az

10Sources