EN

“Daha böyük müharibəyə doğru gedirik” Hakan Fidan

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ–İsrail və İran arasında davam edən münaqişə ilə bağlı kəskin bəyanatla çıxış edib. 

Nazir bildirib ki, bu qarşıdurma Benyamin Netanyahunun "müharibəsidir” və bu mənasız müharibə mümkün qədər tez dayandırılmalıdır.

Fidan bu fikirləri Beynəlxalq Strateji Kommunikasiya Zirvəsində çıxışı zamanı səsləndirib. O vurğulayıb ki, Türkiyə münaqişənin dayandırılması üçün bütün diplomatik vasitələri səfərbər edib.

Nazir regionda vəziyyətin getdikcə daha da gərginləşdiyini qeyd edərək xəbərdarlıq edib ki, “dünya daha böyük müharibəyə doğru gedir”. Onun sözlərinə görə, hazırda etibarlı və düzgün məlumatın rolu daha da artıb və Türkiyə bölgəni genişmiqyaslı qarşıdurmaya sürükləyə biləcək hər cür addıma qarşıdır.

Fidan çıxışında bir daha qeyd edib ki, davam edən müharibə heç bir məna daşımır və dərhal başa çatmalıdır.

Nazir həmçinin Yaxın Şərqdə baş verən münaqişənin qlobal təsirlərinə diqqət çəkib. Onun sözlərinə görə, bu müharibənin ağır nəticələrini təkcə region ölkələri deyil, bütün dünya ödəyir. Fidan əlavə edib ki, artıq ictimai rəy əvvəlki kimi manipulyasiya oluna bilmir, planlı təbliğat mexanizmləri effektivliyini itirib və “ortaq vicdanın” susdurulması mümkün deyil.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
azpolitika.info

1Sources