EN

Suraxanıda güclü yağış küçələri gölə döndərdi – VİDEO

Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən Yusif Eyvazov küçəsinin 10 və 11-ci döngələrində yağan güclü yağışlar ciddi problemlərə səbəb olub.

NOCOMMENT.az-a şikayət edən sakinlərin sözlərinə görə, yağıntı nəticəsində küçələrdə su yığılıb və ərazi keçilməz hala düşüb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə küçələrin sanki gölə çevrildiyi aydın görünür.

Bildirilib ki, yalnız qeyd olunan döngələr deyil, ətrafdakı digər döngələr də eyni vəziyyətdədir. Bir sıra evlərin həyətini su basıb, sakinlər evlərinə gedib-gəlməkdə ciddi çətinlik çəkirlər.

Sakinlər aidiyyəti qurumlardan əraziyə texnika və canlı qüvvə cəlb olunmasını, suyun çəkilməsi və problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini xahiş edirlər.

Chosen
19
1
nocomment.az

2Sources