EN

Müharibə nəticəsində 93 mindən çox obyektə ziyan dəyib – İranın Qırmızı Aypara Cəmiyyəti

Bakı. Trend:

28 fevraldan bəri ABŞ və İsrailin İrana qarşı hərbi havahücumları nəticəsində 93,2 mindən çox qeyri-hərbi obyektə ziyandəyib.

Trend-inməlumatına görə, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti açıqlamayayıb.

Məlumata görə, sözügedən müddətdə ölkənin müxtəlifvilayətlərində 20,8 min ticarət obyekti, 71,5 min yaşayış obyektihücumlara məruz qalıb. Təkcə Tehran vilayətində 31,5 min yaşayış vəticarət obyekti hücumlardan zərər çəkib.

Qırmızı Aypara Cəmiyyəti qeyd edir ki, 295 səhiyyə və müalicəmərkəzi, 600 məktəb, Qırmızı Aypara Cəmiyyətinin 17 mərkəzi, 48xilasetmə avtomobili, 46 təcili yardım maşını və 3 xilasetməhelikopterinə ziyan dəyib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun BaşQərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabıKeşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, AliLiderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiənaziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali MilliTəhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatınınkomandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumlarızamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Chosen
42
2
az.trend.az

3Sources