EN

Quba-Xınalıq yolunda sürüşmə olub - Kəndlə nəqliyyat əlaqəsi kəsilib

Güclü yağışlar nəticəsində sel Qubanın Xınalıq kəndinə gedən avtomobil yolunda hərəkəti tamamilə dayandırıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, dağlıq ərazidən keçən sel suları yolun bir hissəsini yuyub, asfalt örtüyündə ciddi çökmələr qeydə alınıb.

Eyni zamanda, torpaq sürüşməsi baş verib və kəndlə nəqliyyat əlaqəsi tam kəsilib.

İntensiv yağıntılar davam edir.

Qeyd olunub ki, yolun bərpası və fəsadların aradan qaldırılması hava şəraiti sabitləşməsindən və intensiv yağışın dayanmasından sonra mümkün olacaq.
Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır. Sürücülərdən və vətəndaşlardan təhlükəsizlik məqsədilə həmin istiqamətdə hərəkət etməmələri xahiş olunur.

***11:32

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.

Adalet.az xəbər verir ki, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.

Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.

Chosen
30
adalet.az

1Sources