EN

Pentaqon rəhbəri qadın zabitlərə rütbə verilməsinə qarşı çıxıb

ABŞ-nin Hərbi Katibi Pit Heqset general rütbəsinə namizəd göstərilən iki qaradərili kişi və iki qadının vəzifə yüksəlişinə mane olub.

"Unikal" xəbər verir ki, bu barədə  “The New York Times” (NYT) qəzeti yazıb. 

Nəşrin məlumatına görə, zabitlər briqada generalı rütbəsinə yüksəldilməsi nəzərdə tutulanların siyahısında olublar.  NYT mənbələrinə görə, Heqsetin qərarı komandirlərin peşəkar ixtisasları ilə deyil, birbaşa irqi və cinsi ilə bağlıdır. 

Mənbələrə görə, Pentaqon rəhbəri bir neçə aydır ki, bu şəxslərin adlarının vəzifə yüksəlişləri siyahılarından çıxarılmasını tələb edir. O, bununla bağlı Ordu katibi Den Driskola müraciət edib. Lakin katib bundan imtina edib.  

Chosen
28
1
unikal.az

2Sources