EN

Çölü Paris, içi Banqladeş...

Camaatın gül kimi şüşəbəndlərini söküb aqlayladılar ki, şəhərin mənzərəsi təzə görünsün. Keyfiyyətli qapı-pəncərəmizi söküb, evin içinin təmirini zay etdilər... Nə var, nə var, çöldən Parisə oxşasın.

Amma bloklar bərbad, məhlə içi bərbad, həyətlər qaranlıq... SOVETDƏN QALAN QARAJLAR... Bir jek işçisi tapılmır ki, Yasamalda, Zərdabidə məhlələrə əl gəzdirsin... Çölü Paris içi Banqladeş oldu.

Yollar da eləcə. Mütəmadi şəkildə, eyni, SALAMAT yollar qaşınır, dağılır ki, biz filan şeyə hazırlaşırıq... Amma, ilk yağışda şəhər olur Venessiya. Çünki, DEKORATİV görülür bu işlər və mahiyyətini yağış vurur üzümüzə...

Hər yağıntıda eyni görüntü, eyni şikayət. Düzəlmir... Düzəlməyəcək. Bəlkə də mentalitetdir... Bəlkə də "dəyər"... Bilmirəm adı nədir.

Atasının qəbrini təmizləyib, zir-zibilini hasarın o tərəfinə, yolun ortasına tökənlər nə qədərdir aramızda?

Eyvanda siqaret çəkib, kötüyünü aşağı qonşunun başına fızıldadan neçə nəfərik?

Hansını xatırladaq? Ardını siz yazın...

Məmur da Marsdan gəlmir ki. Həmin Bizik də...

Chosen
16
ucnoqta.az

1Sources